Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Viran edilmiş yurd yerlərimiz tezliklə yenidən qurulub gülüstana çevriləcək

0

  •         Bir müddət keçəndən sonra mərhum Pənah xan öz əcəli ilə Allahın rəhmətinə getdi. Nəşini böyük hörmətlə gətirib Ağdamda pul ilə satın almış olduğu mülkündə dəfn edildi. Allah ona rəhmət etsin. Mirzə Adıgözəl bəy  "Qarabağnamə" səh.48     Pənahəli xan öz halal mülkündə dəfn olunmağın vəsiyyət edəndə, hardan biləydi ki, düz 230-il sonra, Qafqaza bəla gələn ermənilər nəinki, onun torpaqlarını, sarayını ailə məzarlıqlarını dağıdacaq.      Ağdamın çiçəkləndiyi bir vaxtda elan olunmamış I Qarabağ müharibəsi başlandı. Qarabağın ilk şəhidi də Ağdamdan olan iki gənc - Əli və Bəxtiyar oldu. Qarabağın bütün ağırlığı Ağdamın üzərinə düşürdü. Qarbağın ümid yeri Ağdam şəhəri idi. 23 iyul 1993- cü ildə Qarbağın ümid qapısı olan Ağdam şəhəri işğal olundu. Ellərə arxa duran Ağdam camaatı, özləri didərgin oldular. Ermənilər Ağdamda daşı-daşı üstə qoymadılar. Bu gün Ağdam Yaponiyanın Xirasimo şəhərinə bənzədilir. O, gözəlliyində şəhərdə heç nəyə aman vermədilər.     Azərbaycan xalqının belə bir ağır günündə, hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev bu hücumları dayandırdı. Dünyada ən hiyləgər diaspor olan erməniləri durdurmağı bacardı. Ancaq Minsk üçlüyü çalışırdılar ki, bu məsələ 100 illərlə uzadılsın.     Səbrin də bir həddi var. Prezident İlham Əliyev həmişə bildirirdi ki, mən bir qarış Vətən torpağını düşmənə verməyəcəm.     Ermənilər 2020-ci ildə yenə Azərbaycanı hədələyir, yeni torpaqları işğal etmək niyyətlərini açıq aşkar göstərirdilər. Artıq "Dəmir yumruq" başa enməli idi. Sentyabr ayının 27-də başlanan erməni təxribatına lazım olan zərbənin vaxtı idi. 44 günlük Vətən müharibəsində düşmənə aman verilmədi. Alçaq xainlər tərəfindən Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələri atəşə tutuldu, günahsız insanlar qətlə yetirildi.     Bunların heyifini Ali Baş Komandan İlham Əliyev döyüş meydanında alınmasını əmr etdi. Düşmənin işğal etdiyi Azərbaycan torpaqlarını qəhrəman zabit və əsgərlərimiz 44 günə azad etdilər. Erməni və onların havadarları bütün şərtləri qeyd-şərtsiz qəbul edəcəyinə söz versələr də, yenə hiyləgər oyunlarını davam etdirmək istəyirlər.     Ali Baş Komandan İlham Əliyevin daxildə apardığı siyasi mübarizəni xaricdə də uğurla davam etdirir. İşğaldan azad olunan torpaqlarda böyük quruculuq işləri davam etdirilir.       6 oktyabr 2022-ci ildə Ağdamda ilk Milli Şəhərsalma Formu keçirildi. Burada 44 dövlətin 135-dən çox nümayəndə heyəti iştirak edirdi. Nümayəndələrin qarşısında çıxış edən İlham Əliyev ermənilərin Ağdam şəhərinə divan tutmaları haqda məlumat verdi. Daha sonra bildirdi ki, biz öz ideyamızı axıra çatdıracağıq. Vətənimizin yenidən dirçəldiləcəyini, bu işləri axıra çatdırılacağını nümayəndələrin nəzərinə bir daha çatdırdı.        Azərbaycanın ilk Milli Şəhərsalma Formunun Ağdamda keçirilməsi, bura xarici nümayəndələrin çağırılması, erməni vəhşiliyinin bir daha bütün dünyaya əyani göstərilməsi ermənilərin bir daha iç üzünü açır. Cənab İlham Əliyev bir daha dünyaya ermənilərin mina təhlükəsini anlatdı. 200-dən çox azərbaycanlı minaya düşüb.       İnanırıq ki, gələcəkdə bütün torpaqlarımız gülüstana çevriləcək.Sabir Qasımov,Xocalı rayon ağsaqqalı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib53 dəfə
    Viran edilmiş yurd yerlərimiz tezliklə yenidən qurulub gülüstana çevriləcək

    Maraqlı gələ bilər
    53
    53
    253
    40
    0
    61
    55